• USD 1,7000 0,00% EUR 2,0214 -0,11%
    • GBP 2,3279 -0,29% RUB 0,0219 -0,91%

SON DƏQİQƏ: Mübariz Mənsimov AZADLIĞA ÇIXDI - VİDEO (YENİLƏNDİ)

SON DƏQİQƏ: Mübariz Mənsimov AZADLIĞA ÇIXDI - VİDEO

"Hakim Mübariz Mənsimovun işi ilə bağlı təxliyə qərarı verdi. Mübariz Mənsimov ev həpsi şərtiylə azad olundu".

Publika.az xəbər verir ki, bu barədə “Palmali”nin mətbuat katibi Fidan Quliyeva özünün feysbuk hesabında bildirib.

xxx

13:20

Mübariz Mənsimov məhkəmədə son söz üçün kürsüyə dəvət edilib.

M.Mənsimov deyib: “Mən bir daha əminliklə bəyan edirəm, heç bir zaman heç bir terror təşkilatına nə mənəvi, nə də maddi yardım etdim. Mən bəraətimi istəyirəm cənab hakim! FETÖ kimi alçaq köpəklərə tək bir quruş yardım etməmişəm, etmərəm də. Mən sadəcə dövlətə, şəhid ailələrinə, tələbələrə yardım etdim və bunların hamısının sübutu var. Hörmətli heyət və rəhbərindən istədiyim odur ki, arxanızda yazılan "Ədalət Mülkün Təməlidir" sözünün bu gün mənim dosyemdə təcəlli etsin, ədalət yerini tapsın.Və bəraətimi istəyirəm”.

xxx

13:09

Məhkəmə heyəti qərar vermək üçün müşavirə otağına gedib.

xxx

Publika.az xəbər verir ki, məhkəmədə Mübariz Mənsimova söz verilib.

O deyib: "Nə FETÖ-yə bir qəpik vermişəm, nə də köpəklərinə. Vermərəm də. Tam əksinə, yalnız dövlətimizə yardım etmişəm. Mən bəraət istəyirəm”.

***

Mübariz Mənsimovun təxliyəsini yox, bəraətini istəyirik!

Publika.az xəbər verir ki, bunu azərbycanlı iş adamının vəkili Ersan Şen məhkəmə prosesində səsləndirib.

“Prokurorun hazırladığı qərarda üzvlük və yardım hissəsinə yenidən baxılmasını tələb edirik. Deyin ki, bir gəmini verib FETÖ-yə. Sübut yox! İstək yox! Şahid yox! Sənəd yox! Müdafiə etdiyim şəxsi niyə zorla üzv etdirmək istəyirsiz? Biz sübut etdikcə siz zorla “yox, üzvü olsun” deyirsiz. Bir konkret dəlil olmadan nəyi sübut etmək istəyirsiz? “Bu bankdan o banaya pul göndərdi” desinlər, sənədlər təmizdir. “Əldən verdi” desinlər. O da yoxdur! Mübariz Qurbanoğlu nə FETÖ üzvüdür, nə də hər hansısa bir yardım edib.

Məhkəməyə şəkillər təqdim edildi və şəkillərdə “Palmali”də işləyərək ona qarşı ifadə verənlər 2019-2020-ci illərdə onun yanında çiyin-çiyinə dayanıb. Düşmənlik edənlər yan-yana xoşbəxtlik tablosunda ola bilərlər? Məlumdur ki, bu, qəsdən edilir. Biz prokurorun yardımla bağlı bəyanını qəbul etmirik. Çünki, onu əsaslandıracaq heç bir sübut yoxdur”, - vəkil qeyd edib.

Vəkil bildirib ki, bir adamdan təşkilat olmaz: “Mənsimov bu şəbəkəyə üzvdürsə, niyə ona qarşı ifadə verənlərdən heç olmasa biri Mənsimovun dini söhbətlərinə qatılıb-qatılmadığını demədi? Və ya terror şəbəkəsi üçün üzvlük haqqı alıb-almadığına dair bir sübut varmi? Yoxdur! Ola da bilməz. Biz bu iddiaları çürütdük! Qurbanoğlu terror şəbəkəsinə heç bir maddi yardım etməyib və buna dair heç bir sübut yoxdur!”

xxx

11:56

FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilən azərbaycanlı iş adamı, “Palmali” şirkətinin rəhbəri Mübariz Mənsimovun Türkiyə Cümhuriyyətinin 27-ci İstanbul Ağır Cəza Məhkəməsində məhkəməsi keçirilir.

Publika.az xəbər verir ki, bu barədə “Palmali”nin mətbuat katibi Fidan Quliyeva özünün feysbuk hesabında bildirib.

Xatırladaq ki, martın 3-də İstanbul Cümhuriyyət Baş Prokurorluğu M. Mənsimovun məhkəmə nəzarəti altında sərbəst buraxılmasını istəyib: “Məhkəmənin gəldiyi mərhələ göz önünə alınaraq, müttəhimin cinayətə görə nəzərdə tutulan/veriləcək cəzanın müddəti, şübhəli şəxsin həbsdə keçirdiyi vaxt, həbs-qətimkan tədbiri olduğu üçün bu mərhələdə məhkəmə nəzarətinin mümkünlüyü nəzərə alınaraq, müttəhim başqa cinayətə görə mühakimə olunmursa və ya həbs olunmursa, azadlığa çıxa bilər. Cəza ancaq yaşayış yerini və ölkəni tərk etməməklə azadlıqla əvəz oluna bilər”.

Zümrüd

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR