Ata Abdullayev neçə il cəza alacaq? - AÇIQLAMA
Bizi izləyin

Nida Xəbər

Ata Abdullayev neçə il cəza alacaq? - AÇIQLAMA

Ata Abdullayevlə bağlı irəli sürülən ittihamlar təsdiqini taparsa, o, 5 il müddətinə azadlıqdan məhrum edilə bilər.

Publika.az xəbər verir ki, bunu Axar.az-a Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə saxlanılan Ata Abdullayevin həbs müddəti barədə danışan hüquqşünas Səməd Vəkilov deyib. O bildirib ki, bundan əvvəl də barəsində cinayət işi açılan Ata Abdullayevə ağırlaşdırıcı cəza veriləcək:

“Ata Abdullayevə qarşı irəli sürülən ittiham öz təsdiqini taparsa və yüngülləşdirici hallar olmasa, onu 3 ildən 5 ilədək həbs müddəti gözləyir. Bundan başqa onun vaxtı ilə başqa bir cinayət əməlinə görə mühakimə olunduğu bildirilir. Bu isə istənilən halda ağırlaşdırıcı hal kimi qeydə alınacaq və böyük ehtimalla ona cəzanın yuxarı həddi veriləcək”.

Qeyd edək ki, özünü bloger kimi təqdim edən Ata Abdullayevin barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham elan olunub və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm