10 minlik heyətə verilən TAPŞIRIQ: “Dəmir Yumruq” növbəti dəfə...
Bizi izləyin

Nida Xəbər

10 minlik heyətə verilən TAPŞIRIQ: “Dəmir Yumruq” növbəti dəfə...

“Azərbaycan Ordusu müharibədən çıxsa da, öz potensialını saxlayır. İrimiqyaslı təlimlər plan üzrə həyata keçirilir. Ordumuz öz gücünü yenə də nümayiş etdirməyə hazırdır və döyüş hazırlığını daim yüksəltməklə məşğuldur”.

Bu sözləri Publika.az-a açıqlamasında hərbi ekspert, Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Şair Ramaldanov Azərbaycan Silahlı Qüvvələrinin 10 minlik şəxsi heyət və ən müasir hərbi texnika ilə keçirdiyi anti-terror məqsədli hərbi təlimlər barədə danışarkən deyib.

Ekspert bildirib ki, əvvəlkilərdən fərqli olaraq bu təlimlərdə Azərbaycan Ordusunun döyüşdən çıxmış və döyüş təcrübəsi olan heyəti iştirak edir: “Hərbçilərimiz bu təlimlərin arzusunda idi. Əvvəllər bizim bütün təlimlərimiz Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsinə istiqamətləndirilmişdi. İndi isə təlimlər ölkəmizin hüdudlarını qorumağa yönəlib. Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Silahlı Qüvvələrin təlimlərini, bütün dünyada olduğu kimi, anti-terror, yəni terrorla mübarizə əməliyyatları adlandıra bilərik. Azərbaycan Ordusunun bütün növ qoşun hissələri terror qruplarına qarşı birgə fəaliyyət çərçivəsində öz döyüş hazırlığını təkmilləşdirir. Düşünürəm ki, bu təlimlər çox maraqlı olacaq və hərbçilərimiz qarşıya qoyulan bütün tapşırıqları layiqincə, yüksək səviyyədə yerinə yetirəcək. Təlimin qarşısında qoyulan bütün məqsədlərə nail olunacaq”.

Polkovnik təlimin keçirilməsinin yeni müharibəyə hazırlıq kimi qiymətləndirilməsini əsassız hesab edir: “Azərbaycan Ordusu hər zaman Respublikanın Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin hər hansı bir tapşırığını yerinə yetirməyə hazırdır. Ordumuz xalqını, torpağını qorumağa qadirdir. Bu təlimlər də bu məqsədlərə fokuslanıb. Azərbaycanın heç bir dövlətin torpağında gözü yoxdur. Hər hansı təxribatın qarşısını almaq üçün ordumuz hansı formada olur-olsun, Prezidentin dediyi kimi, torpaqlarımıza göz dikən bütün qüvvələrin başına “Dəmir Yumruğ”u endirməyə hazırdır. Bu təlimlərdə də həmin o “Dəmir Yumruq” bir daha nümayiş olunacaq”.

Zümrüd Kərimova

Oxumağa davam et
Reklam
Reklam

Gündəm