TƏBİB-dən virusun sürətli yoluxmasına REAKSİYA: gözləniləndir
Bizi izləyin

Nida Xəbər

TƏBİB-dən virusun sürətli yoluxmasına REAKSİYA: gözləniləndir

Dünyada COVID-19-un 3 mutant növü yayılmaqdadır. İnfeksion virusların mutasiyası daima baş verir.

Publika.az xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin Profilaktikası və Nəzarəti Departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, qripə qarşı hər il peyvənd hazırlanır: "Bu, virusun mutasiya keçirməsi ilə əlaqədardır. Bizi maraqlandıran isə mutasiyanın xəstəliyin inkişafına və yoluxma sürətinə təsiridir. Britaniya ştammı daha sürətlə yoluxur. Artıq bu ştammın aşkarlandığı ölkələrdə bəzi qabaqlayıcı tədbirlər tətbiq olunur. Virusun digər mutasiya növləri də araşdırılmaqdadır. Daha çox yoluxma sürətinə malik olan mutasiyalar da gözləniləndir".

Y.Qarayevanın sözlərinə görə, bu gün Azərbaycanda seqmentləşmə analizinin aparılma imkanı var: "Bir il əvvəl bu haqda danışa bilməzdik. Avropa İttifaqında açıq portal var ki, orada aparılan test nəticələri, mutasiya növləri qeyd olunur. ÜST bizə Britaniya ştammı üçün ənənəvi tədbirlərə riayət etməyi tövsiyə edir".

TƏBİB rəsmisi qeyd edib ki, hazırkı vaksinlər virusun mutasiya növlərinə qarşı effektivdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm