Döyüşlərin apreldə keçirilməsi təsadüfi deyildi - Deputat
Bizi izləyin

Nida Xəbər

Döyüşlərin apreldə keçirilməsi təsadüfi deyildi - Deputat

Hər birimizin Aprel döyüşlərinə diqqət ayırmağımız başadüşüləndir. Məhz həmin gün Azərbaycan torpaqlarının işğalda qalması ilə barışmayacağını göstərdi. 2 aprelin davamı var idi. 5 il əvvəl davam edən müharibə zamanı Ermənistan Azərbaycan Ordusu qarşısında zəif olduğunu göstərdi. Lakin təəssüflər olsun ki, Ermənistan bundan nə nəticə çıxardı, nə də tələblərə əməl etdi. Bu səbəbdən də onun davamı gəldi. Sentyabrın 27-də müharibə başladı və 10 noyabrda qalibiyyətlə başa çatdı.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Aydın Mirzəzadə deyib. O xatırladıb ki, 5 il əvvəl döyüşlərin apreldə keçirilməsi təsadüfi deyildi və bu həm də Kəlbəcərin işğal günü idi.

A.Mirzəzadə əlavə edib ki, Azərbaycan Prezidentinin türkdilli ölkələrin liderlərinin qeyri-rəsmi görüşü zamanı çıxışında səsləndirdiyi hər bir fikrin üzərində dayanmaq mümkündür: “Cənab Prezident qeyd etdi ki, artıq Dağlıq Qarabağ anlayışı, ərazi vahidi yoxdur. Hesab edirəm ki, bunu nəzərə almaq lazımdır. İkincisi, ölkə başçısı son zamanlar Zəngəzur dəhlizi məsələsini xüsusilə qeyd edir. Bəli, bura qədim Azərbaycan əraziləridir. Ermənilər Zəngəzurun, Göyçənin, Qarakilsənin və digər torpaqlarımızın adını dəyişdirdilər. Buna baxmayaraq, indi Zəngəzur dəhlizi məsələsi önə çıxır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm