Türkiyənin Azərbaycana təyin olunan yeni səfirindən İLK AÇIQLAMA
Bizi izləyin

Nida Xəbər

Türkiyənin Azərbaycana təyin olunan yeni səfirindən İLK AÇIQLAMA

"Prezidentimizin qərarı ilə Türkiyə Maarif Fondununun Himayədarlar Heyətinin Daimi üzvlüyündən dost və qardaş ölkə Azərbaycana səfir təyin olundum".

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri Cahit Bağcı "Twitter" hesabında paylaşım edib.

“Bizi bu qürurverici və şərəfli vəzifəyə layiq görən cənab Prezdentmizə təşəkkürlərimi bildirirəm”, - deyə səfir yazıb.

Cahit Bağcı daha sonra bu vəzifəyə təyin olunmasına dəstək verdiyi üçün Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğluna təşəkkür edib: “Əsaslı dostluq və qardaşlıq ruhu ilə, sevgi ilə çalışqan arı kimi işləyəcəyik. Allah vəzifəmizi üzüağ yerinə yetirməyi nəsib etsin”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm