Nida Xəbər
Azərbaycan vətəndaşı Almaniyadan ekstradisiya edildi
Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə cinayətkarlığın qarşısının alınması üzrə qəti tədbirlər görülərək bu sahədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verilir. Müxtəlif dövlətlərlə ikitərəfli sazişlər və müqavilələr, Avropa, habelə MDB çərçivəsində çoxtərəfli konvensiyalar üzrə ekstradisiya və digər sahələrdə səmərəli qarşılıqlı fəaliyyət həyata keçirilir.
Ədliyyə Nazirliyi Mətbuat xidmətindən Publika.az-a bildirilib ki, Ədliyyə Nazirliyi tərəfindən qlobal pandemiya əlaqədar ekstradisiya sorğularının elektron qaydada qəbul olunması və baxılması təmin edilir. Ötən il beynəlxalq axtarışda olan adam oğurluğu, dələduzluq və rəsmi sənədlərin saxtalaşdırılması kimi cinayət əməllərində təqsirləndirilən şəxslərin Almaniya, Bosniya və Herseqovina, Türkiyə, Əlcəzair və s. dövlətlərdən ölkəmizə ekstradisiyasına nail olunub.
Bu gün isə xarici dövlətlərdə qeyri-qanuni fəaliyyətlə məşğul olaraq müxtəlif şəxslər üçün qanunsuz yollarla siyasi sığınacaq əldə etmək məqsədilə həmin ölkələrin dövlət qurumlarını aldatmaqla rəsmi sənədlərin saxtalaşdırılması kimi cinayət əməllərində təqsirləndirilən Azərbaycan vətəndaşının Almaniyadan ekstradisiyası təmin edilmiş, və o, nazirliyin əməkdaşların müşayiəti ilə ölkəmizə gətirilib.
Cinayətkar şəxslər Azərbaycana gətirilərkən tranzit dövlətlərin razılığının alınması üçün nazirlik tərəfindən qısa müddətdə zəruri tədbirlər görülür. Bu baxımdan qardaş Türkiyənin ölkəmizə böyük dəstəyi xüsusi qeyd olunmalıdır.
Ümumilikdə ötən 5 il ərzində 200 nəfərdən çox cinayətkar şəxslərin Azərbaycana ekstradisiyası təmin olunub.
Bununla da cəzanın labüdlüyü prinsipi təmin edilməklə cinayətkarların özlərini heç yerdə azad və təhlükəsizlikdə hiss etmələrinin qarşısı alınır.
Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər bundan sonra da davam etdiriləcəkdir.
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb
-
İdman23 Aprel 22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya23 Aprel 21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO