Ceyhun Bayramov: Regionda yeni təhlükəsizlik formatı yaranıb
Bizi izləyin

Nida Xəbər

Ceyhun Bayramov: Regionda yeni təhlükəsizlik formatı yaranıb

Üçtərəfli bəyanatın imzalanması regionda yeni təhlükəsizlik və inkişaf formatının yaranmasına səbəb olub.

Publika.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İƏT Baş katibi Yusif Bin Əhməd Əl-Osaymin ilə keçirilən birgə mətbuat konfransında deyib.

C.Bayramov bildirib ki, insanların işğaldan azad edilmiş ərazilərə təhlükəsiz formada qayıtması istiqamətində Azərbaycan lazımı addımlar atır: "Eyni zamanda, Azərbaycan regionda yeni əməkdaşlıq formatının yarandığını bildirərək əməkdaşlığa açıq olduğunu bəyan edir. Lakin Azərbaycanın bu cür konstruktiv mövqeyi fonunda biz Ermənistanın qeyri-konstruktv addımlarını və bəyanatlarını müşahidə edirik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm