Əhliman Əmiraslanov Erkan Özoralla görüşdü
Bizi izləyin

Nida Xəbər

Əhliman Əmiraslanov Erkan Özoralla görüşdü

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanov Azərbaycanda diplomatik fəaliyyətini başa çatdıran Türkiyə Respublikasının fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüb.

Publika.az xəbər verir ki, görüşdə dost və qardaş ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub.

Bildirilib ki, tarixi köklərimizdən gələn Türkiyə ilə Azərbaycan arasında mövcud olan strateji münasibətlər, iki dövlət liderinin mökəmləndirdiyi dostluq və qardaşlığımız əbədidir. Akademik Əhliman Əmiraslanov bildirdi ki, iki dost və qardaş ölkə - Türkiyə ilə Azərbaycanın arasında olan yaxın münasibətlərin dünya miqyasında analoqu yoxdur.

Deputat ölkələrimizin parlament rəhbərləri səviyyəsində də əməkdaşlığın yüksək səviyyədə olduğunu, hər iki ölkənin parlamentində geniş tərkibli dostluq qruplarının fəaliyyət göstərdiyini söyləyib. O da xüsusi olaraq bildirilib ki, deputatlarımız müxtəlif nüfuzlu beynəlxalq platformalarda bir-birlərini dəstəkləyir və demək olar ki, eyni mövqedən çıxış edirlər.

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanov səfir Erkan Özoralın ölkəmizdə fəaliyyət göstərdiyi dövrdə əlaqələrimizin daha da dərinləşməsinə müsbət töhfələr verdiyini qeyd edib.

O, səfiri ölkə prezidenti cənab İlham Əliyev tərəfindən “Dostluq” ordeni ilə mükafatlandırılması münasibətilə təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Söhbətdə Erkan Özoral səmimi görüşə görə minnətdarlığını bildirərək Azərbaycanda çox tarixi bir dövrdə səfir kimi fəaliyyət göstərməsindən böyük şərəf duyduğunu qeyd edib. Türkiyə ilə Azərbaycan arasında strateji münasibətlərin möhkəm əsaslara malik olduğunu vurğulayan səfir bu münasibətlərin gələcəkdə də inkişaf edəcəyinə əminliyini ifadə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm