Aqil Abbas: Niyə “Şəhid anası” medalı olmasın?
Bizi izləyin

Nida Xəbər

Aqil Abbas: Niyə “Şəhid anası” medalı olmasın?

SSRİ zamanı Sovet İttifaqı Qəhrəmanı, Sosialist Əməyi Qəhrəmanı ilə yanaşı, Qəhrəman Ana statusu var idi. Bu, səhv etmirəmsə, 10 övladı olan xanımlara verilirdi. Onun da güzəşti təxminən Sovet İttifaqı Qəhrəmanı və ya Sosialist Əməyi Qəhrəmanı kimi olurdu. Ancaq medallar fərqli idi. İndi biz şəhid ailələri ilə bağlı müzakirələr aparırıq.

Publika.az xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Aqil Abbas deyib.

Millət vəkili təklif edib ki, “Şəhid anası” medalı olsun: “Niyə də olmasın. Əslində, belə təkliflə yazıçı Çingiz Abdullayev çıxış edib. Bəlkə bu məsələyə baxaq? Şəhid anaları üçün böyük sevinc olardı”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm