Raket-artilleriya və tank bölmələrinin fəaliyyəti nümayiş olundu - FOTO/VİDEO
Bizi izləyin

Nida Xəbər

Raket-artilleriya və tank bölmələrinin fəaliyyəti nümayiş olundu - FOTO/VİDEO

“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən bölük, batareya komandirləri və müavinləri ilə komandir hazırlığı sistemində məşğələlər keçirilib.

Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, komandir hazırlığı məşğələlərində əsas diqqət zabitlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə, bölmələrin idarə edilməsi üzrə bacarıqlarının və komandir keyfiyyətlərinin təkmilləşdirilməsinə yönəldilib.

İlk olaraq zabitlərə sıra baxışı keçirilib və məşğələlərə hazırlıqları yoxlanılıb. Praktiki məşğələlər zamanı zabitlərə müdafiə döyüşü üzrə hava hücumundan müdafiə, raket-artilleriya və tank bölmələrinin fəaliyyəti nümayiş olunub.

Qarnizonun Təlim-Tədris Mərkəzində zabitlərə hərbi topoqrafiyadan, hüquq və mənəvi-psixoloji hazırlıqdan nəzəri dərslər keçirilib.

Komandir hazırlığının sonunda zabitlərin ümumqoşun, ixtisas, topoqrafiya və fiziki hazırlıq səviyyələri yoxlanılıb. Məşğələlərin yekun təhlili aparılan zaman məqbullar götürülərkən zabitlərin yüksək nəticə göstərikləri bildirilib, bölmələrin döyüş hazırlğının yüksəldilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm