Aİ-nin Bakıdakı nümayəndəsi XİN-ə çağırıldı
Bizi izləyin

Nida Xəbər

Aİ-nin Bakıdakı nümayəndəsi XİN-ə çağırıldı

16 aprel 2021-ci il tarixində Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəsi səfir Kestudis Yankauskas Xarici İşlər Nazirliyinə dəvət edilib.

Bu barədə Publika.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüşdə Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın bu ilin 14 aprel tarixində Ermənistana səfəri çərçivəsində özünü “xarici işlər naziri” kimi qələmə verən, qanunsuz rejimin nümayəndəsi David Babayan ilə görüşməsi ilə bağlı səfir Yankauskasa etiraz bildirilib.

Aİ nümyəndəsi Toivo Klaarın münaqişə sonrası bölgədə yaranmış yeni reallıqları nəzərə almayan, kövrək sülhə təhdid doğuran və qarşı tərəfə əsassız gözləntilər verən addımlar atmasının yolverilməz olduğu vurğulanıb.

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin bu kimi fəaliyyətinin Azərbaycan tərəfinin ona olan etimadını heçə endirdiyi qarşı tərəfin diqqətinə çatdırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm