Mixail Mişustin Əli Əsədovu Rusiyaya rəsmi səfərə dəvət etdi
Bizi izləyin

Nida Xəbər

Mixail Mişustin Əli Əsədovu Rusiyaya rəsmi səfərə dəvət etdi

Aprelin 20-də Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova telefonla zəng edib.

Publika.az xəbər verir ki, telefon danışığı əsnasında Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin artmasından və qarşılıqlı tədarük olunan məhsul çeşidinin genişlənməsindən məmnunluq ifadə edildi.

Hacıqabul sənaye məhəlləsində "GAZel-NEXT" və "GAZon NEXT" kommersiya yük maşınlarının yığım istehsalı zavodunun istismara verilməsi məmnuniyyətlə vurğulandı.

Həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olundu.

Mixail Mişustin Əli Əsədovu Rusiya Federasiyasına rəsmi səfərə dəvət etdi. Dəvət minnətdarlıqla qəbul edildi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm