Nida Xəbər
Naxçıvan Qarnizonu Qoşunlarında komandir hazırlığı məşğələsi keçirildi - FOTO/VİDEO
Naxçıvan Qarnizonu Qoşunlarında hərbi hissə komandirləri və müavinləri ilə komandir hazırlığı məşğələsi keçirilib.
Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, komandir hazırlığı məşğələsi komandirlərin və qərargah zabitlərinin yaranmış mürəkkəb şəraitdə döyüş tapşırığını vaxtında və dəqiq yerinə yetirmək bacarıqlarının təkmilləşdirilməsi məqsədi ilə keçirilib. Səhra şəraitində təşkil edilmiş təlim yerlərində “Artilleriya divizonunun atış və atəşin idarə olunması”, “Motoatıcı briqadanın ikinci eşelon taborunun müdafiə rayonunu tutması” və “Komanda məntəqəsində döyüş işinin təşkili qaydası” mövzularında məşğələlər keçirilib, zirehli tank texnikalarından praktiki atışları nümayiş olunub.
Məşğələlərin sonunda zabitlərin rəhbəredici sənədlərdən və hərbi topoqrafiyadan nəzəri bilikləri yoxlanılıb.
Birləşmənin Təlim-Tədris Mərkzində keçirilən yekunda bildirilib ki, məqbullar götürülən zaman hərbi hissə komandirləri və müavinləri komandir hazırlığından yüksək nəticə göstəriblər.
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu