İƏT-in saytı İlham Əliyevin Zəngəzurla bağlı fikirlərini yaydı
Bizi izləyin

Nida Xəbər

İƏT-in saytı İlham Əliyevin Zəngəzurla bağlı fikirlərini yaydı

İƏT-in Milli Xəbər Agentlikləri Birliyinin (UNA) saytı AZƏRTAC-a istinadla Prezident İlham Əliyevin Azərbaycan xalqının Zəngəzura qayıdacağı ilə bağlı fikirlərini yayıb.

Publika.az-ın məlumatına görə, xəbərdə Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində Zəngəzur dəhlizinin yaradılmasının bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verdiyini bəyan etdiyi İslam ölkələrinin ictimaiyyətinin diqqətinə çatdırılıb. Qeyd olunub ki, Azərbaycanın dövlət başçısı Ermənistan bunu istəsə də, istəməsə də Zəngəzur dəhlizi layihəsinin icra ediləcəyini bildirərək deyib: “Bizim əsas rəqibimiz zamandır. Çünki dəmir yolunun, avtomobil yolunun çəkilişi vaxt tələb edir. Ona görə bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır”.

Yazıda diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev bununla paralel olaraq və Ermənistanın azərbaycanlılara qarşı dövlət səviyyəsində soyqırımı törətməsinə baxmayaraq, Azərbaycanın əməkdaşlığa da hazır olduğunu söyləyib. Dövlətimizin başçısının bununla bağlı fikri sitat gətirilib: “Baxmayaraq ki, bizim bütün tarixi, dini abidələrimiz dağıdılıb, biz gələcəyə baxmalıyıq. Biz, əlbəttə ki, erməni vəhşiliyini heç vaxt unutmayacağıq. Bu gün Ermənistanda böyük hay-haraya səbəb olan Hərbi Qənimətlər Parkının yaradılmasının əsas məqsədi odur ki, Azərbaycan xalqı bu vəhşiliyi heç vaxt unutmasın. Biz heç vaxt unutmamalıyıq. Biz bunu heç vaxt bağışlamayacağıq. Bunu hər kəs bilsin. Amma bununla paralel olaraq, biz öz maraqlarımızı təmin etmək üçün lazımi addımları atmalıyıq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm