Ölkə başçısı çox mühüm mesaj verdi - Deputat
Bizi izləyin

Nida Xəbər

Ölkə başçısı çox mühüm mesaj verdi - Deputat

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentdə çıxışı zamanı Prezident İlham Əliyevin Hacıqabul səfərinə toxunaraq bildirib ki, bu səfər zamanı əsas məqamlardan biri dövlət başçısının Qarabağın bərpası və məcburi köçkünlərin öz yerlərinə qayıdışı məsələsini birmənalı şəkildə vurğulaması olub.

Publika.az-ın xəbərinə görə, deputat bu səfərin əsas məqamlarından birinin Azərbaycanın öz haqlı mövqeyindən geri çəkilməyəcəyinin yenidən açıq şəkildə dilə gətirilməsi olduğunu qeyd edib.

"Səfərin, xüsusilə ölkə Prezidentinin müsahibəsinin digər önəmli, başlıca məqamlarından biri isə Zəngəzurla bağlı məsələnin daha açıq və birmənalı şəkildə dilə gətirilməsi idi. Prezident bir daha bu məsələyə qayıdaraq Zəngəzurun tarixi Azərbaycan torpaqları olduğunu və bu torpağın insanlarının, əzələ-əbədi sakinlərinin öz yurdlarına dönəcəyini bəyan etdi. Bu, çox mühüm mesaj və bəyanat idi. Bu, Azərbaycanın haqlı mövqeyinin növbəti bəyanı idi", - komitə sədri bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm