Vətəndaşlar pullu müalicə almalı deyil - Fazil Mustafa
Bizi izləyin

Nida Xəbər

Vətəndaşlar pullu müalicə almalı deyil - Fazil Mustafa

İcbari tibbi sığorta ilə bağlı layihə artıq pilot layihə olmaqdan çıxıb. Aprelin 1-dən bu sistem respublika üzrə faktiki tətbiq olunur.

Publika.az xəbər verir ki, bu sözləri parlamentin iclasında çıxışı zamanı deputat Fazil Mustafa səslənirib.

Millət vəkili icbari tibbi sığortanın tətbiqi məsələsində qüsurları tənqid edib: “Yüz minlərlə vətəndaşın təyinat olaraq harada müalicə olunacağı açıq qalıb. Əgər hazırlıq səviyyəsi yetərli deyilsə, bu sistem formal olaraq niyə tətbiq edilir?”

Deputat qeyd edib ki, onların əmək haqqından yanvar ayından etibarən icbari tibbi sığorta üçün vəsait tutulur: “Lakin bunun tətbiqində çatışmazlıqlar var. Vergi ödəyən vətəndaş pullu müalicə almalı deyil”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm