Polislərin maaşı artırılsın - Deputatdan TƏKLİF
Bizi izləyin

Nida Xəbər

Polislərin maaşı artırılsın - Deputatdan TƏKLİF

Milli Məclisin deputatı, BAXCP sədri Qüdrət Həsənquliyev polis orqanlarının əməkdaşlarının əmək haqqının qaldırılmasını təklif edib.

Publika.az xəbər verir ki, deputat təklifini Milli Məclisin bu gün keçirilən plenar iclasında səsləndirib.

Bu yaxınlarda prokurorluq orqanlarının əməkdaşlarının əmək haqlarının artırılması üçün qanunvericiliyə dəyişiklik etdiklərini xatırladan Qüdrət Həsənquliyev polis orqanlarında çalışan əməkdaşların da maaşını artırmağı vacib sayıb: “Ən azı iki dəfə artırılmasına ehtiyac var. Qarşıda büdcənin hazırlanması işləri gəlir. Aidiyyəti dövlət orqanları yəqin ki, bu məsələni nəzərə alar. Çünki polis orqanları ölkədə ən az maaş alan qurumlardan biridir. Xoşagəlməz halların da bir çoxu maaş azlığından yaranır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm