Naxçıvan qoşunlarında xüsusi məşğələ keçirildi
Bizi izləyin

Nida Xəbər

Naxçıvan qoşunlarında xüsusi məşğələ keçirildi

“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən birləşmə və hissələrin rabitə bölmələri ilə taktiki-xüsusi məşğələ keçirilib.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən Publika.az-a bildirilib ki, məşğələdə əsas diqqət bölmələrin idarə edilməsi üzrə komandir heyətinin bacarıqlarının təkmilləşdirilməsinə, şəxsi heyətin ixtisas və taktiki-xüsusi hazırlığının yüksəldilməsinə yönəldilib.

Şəxsi heyətin çöl vərdişlərinin, praktiki bacarıq və qabiliyyətlərinin yüksəldilməsi, yaranmış mürəkkəb şəraitdə rabitənin təmini ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə dərslər keçirilib. Məşğələdə səhra rabitə qovşağı və elementlərinin ərazidə yerləşdirilməsi, açılması praktiki olaraq göstərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm