Parlament MSK-nın formalaşdırılmasına dair müzakirələrə başladı
Bizi izləyin

Nida Xəbər

Parlament MSK-nın formalaşdırılmasına dair müzakirələrə başladı

Milli Məclisin bu gün keçirilən plenar iclasında cari məsələlərin müzakirəsi başa çatıb və hazırda parlament Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi məsələsini müzakirə edir.

Publika.az xəbər verir ki, bu istiqamətdə geniş məlumat verildikdən sonra deputatlar mövzuya dair fikirlərini bildirəcək.

Daha sonra MSK üzvlüyünə təyin edilən şəxslər Milli Məclis tərəfindən seçiləcək.

Qeyd edək ki, MSK-nın üzvləri 18 nəfərdən ibarət olacaq. MSK-nın 6 təmsilçisi Yeni Azərbaycan Partiyasının, 6 üzvü bitərəf deputatların nümayəndəsi, 6 nəfər isə parlament azlığında olan siyasi partiyaların nümayəndələridir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm