YAP-ın bölgələri təmsil edən fəal gəncləri ilə görüş keçirildi - FOTO
Bizi izləyin

Nida Xəbər

YAP-ın bölgələri təmsil edən fəal gəncləri ilə görüş keçirildi - FOTO

Aprelin 26-da və 27-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Bəxtiyar İslamov partiyanın Şəki, Zaqatala, Balakən, Oğuz, Qəbələ, Qax, Siyəzən, Şabran, Xaçmaz, Quba, Qusar, Xızı, İsmayıllı, Göyçay, Şamaxı, Yardımlı, Masallı, Lənkəran, Lerik, Biləsuvar, Cəlilabad, Neftçala, Salyan, Şirvan, Hacıqabul, Sabirabad, Saatlı, İmişli və Beyləqan bölgələrini təmsil edən fəal gəncləri ilə onlayn formatda görüş keçirib.

Görüşdə şıxış edən YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov gənclərə bu görüşlərin məqsədi barədə məlumat verib. O bildirib ki, hazırda Azərbaycan inkişafın yeni mərhələsinə qədəm qoyub. Ali Baş Komandan, cənab Prezident İlham Əliyev rəhbərliyi ilə müzəffər ordumuz 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızı erməni işğalından azad edib. Yüksək vətənpərvərlik ruhunda formalaşan Azərbaycan gəncləri torpaqlarımızı işğaldan azad edilməsində mühüm rol oynadılar və dövlətimizin başçısı gənclərimizin bu prosesdə rolunu xüsusi vurğulayıb.

Bəxtiyar İslamovun sözlərinə görə, qazanılmış parlaq zəfər ölkəmizin qarşısında yeni imkanlar açır. Bu baxımdan, Azərbaycan gəncliyinin qarşısında da vacib vəzifələr dayanır. O, diqqətə çatdırıb ki, YAP-ın VII qurultayında partiyamızın sədri, Prezident İlham Əliyev gənclər üçün dəyərli tövsiyələr verib və bu tövsiyələrin yerinə yetirilməsi bizlərin başlıca hədəfi olmalıdır.

Qeyd olunub ki, YAP Gənclər Birliyi fəaliyyətində yenilikçi ənənələrin, müasir dövrün çağırışlarının, texnologiyaların və innovasiyaların verdiyi imkanlardan istifadə edəcək. Təbii ki, burada milli adət-ənənələrimizə, tarixi köklərimizə də hər zaman istinad olunacaq. Bəxtiyar İslamov söyləyib ki, ölkə gənclərinin, o cümlədən partiyamızın gənclərinin üzərinə düşən əsas vəzifələr müstəqilliyimizi, dövlətçilik maraqlarını qorumaq, dövlətimizin başçısının siyasətinin uğurlarını cəmiyyətimizdə geniş şəkildə təbliğ etməkdir. Bu baxımdan, davamlı olaraq tədbirlərin keçirilməsi nəzərdə tutulur və partiyamızın gəncləri bu prosesdə fəal iştirak etməlidir.

Görüşdə daha sonra bölgələrdən olan gənclər həyata keçirdikləri işlərlə bağlı hesabatı əks etdirən təqdimatlarla çıxış ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm