Azərbaycan əsgəri elə davranış ortaya qoyur ki...
Bizi izləyin

Nida Xəbər

Azərbaycan əsgəri elə davranış ortaya qoyur ki...

Hesab edirəm ki, erməni təxribatı getdikcə artır. Bunu yaxınlarda yayılan videolar da ortaya qoyur. Azərbaycan zabiti və əsgəri elə davranış ortaya qoyur ki, ermənilər təxribatlarını genişləndirə bilmir. Bu, Qarabağda bizim uğurumuzun həm də peşəkarlıqdan keçdiyini göstərir.

Publika.az xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında deyib.

Millət vəkili qeyd edib ki, sosial şəbəkənin Azərbaycan seqmentində bəziləri Türkiyə, İsrail, Pakistan və Əfqanıstana qarı kampaniya aparır: “Hesab edirəm ki, bunun qarşısı alınmalıdır. Eyni zamanda, təklif edirəm ki, Bakıdakı parklardan birinə Türkiyə-İsrail-Pakistan-Əfqanıstan dostluq parkı adı verilsin”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm