Nida Xəbər
Ayın sonunadək azad edilən ərazilərdə daha 6 hərbi hissə istifadəyə veriləcək
"Bu gün qəhrəman Azərbaycan sərhədçisi - uğrunda qan tökdüyü, şəhidlər verdiyi torpaqlarımızın azad olunmasında iştirakından və dövlət sərhədində üçrəngli dövlət bayrağımız altında xidmət etməkdən qürur duyur!"
Publika.az xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev deyib.
O vurğulayıb ki, Azərbaycan-İran dövlət sərhədinin işğaldan azad olunan hissəsində sərhəd zastavalarının fəaliyyəti bərpa edilib: "Zəngilan, Qubadlı rayonlarından və Laçın rayonunun bir hissəsindən keçən Ermənistanla dövlət sərhədinin mühafizə və müdafiəsinin təşkili məqsədilə sərhəd-döyüş məntəqələri yaradılıb. Son 2 ay ərzində bu istiqamətlərdə 10 yeni hərbi hissə xidməti-döyüş fəaliyyətinə başlayıb.
May ayının sonunadək daha 6 hərbi hissənin təmir-tikinti işləri başa çatdırılacaqdır. Bu da dövlətimizin, şəxsən Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan sərhədçisinə göstərdiyi diqqət və qayğının daha bir təzahürüdür", - o bildirib.
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB