• USD 1,7000 0,00% EUR 2,0567 0,00%
    • GBP 2,3990 0,00% RUB 0,0236 0,00%

Belarus Azərbaycanın şəxsində Qafqazda etibarlı dost tapıb - Viktor Xrenin

Belarus Azərbaycanın şəxsində Qafqazda etibarlı dost tapıb - Viktor Xrenin

Belarus Azərbaycanın şəxsində Qafqazda etibarlı dost tapıb.

Bunu Belarus Respublikasının Müdafiə naziri Viktor Xrenin mayın 18-də Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.

Nazir bildirib:

"Yüksək səviyyədə səfərlər mübadiləsi həmişə onu göstərir ki, bizim qarşılıqlı fəaliyyətimiz və əməkdaşlığımız yaxşıdır və gözəldir. Bizim dövlətimizin başçısı demişkən, Azərbaycan Belarusun şəxsində Mərkəzi Avropada özünə etibarlı dayaq, Belarus isə Azərbaycanın şəxsində Qafqazda etibarlı dost tapıb. Prezidentin dediyi kimi, bizim parlaq əməkdaşlığımız var. Deyə bilərəm ki, o, buna görə çox fəxr edir.

Azərbaycan bizim ənənəvi dostumuz və müttəfiqimizdir, həm regional, həm də beynəlxalq siyasi aləmdə həmişə mühüm rol oynayıb. Dünya miqyasında bizi dəstəklədiyinizə, bizə siyasi dəstək verdiyinizə görə Sizə şəxsən öz adımızdan, Belarus Respublikası adından təşəkkürümü bildirmək istərdim".

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR