Rusiya XİN-dən Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı AÇIQLAMA
Bizi izləyin

Nida Xəbər

Rusiya XİN-dən Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı AÇIQLAMA

Rusiya Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti diqqətlə izləyir.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.

Nazirlik bildirib ki, Moskva hərbi və sərhəd xidmətləri xətti ilə operativ təmasları dəstəkləyir:

"Biz Azərbaycanla Ermənistan arasında sərhədyanı insidentlə bağlı yaranmış vəziyyəti diqqətlə izləməkdə davam edirik. Rusiya tərəfi ali və yüksək səviyyələrdə müntəzəm təmaslar çərçivəsində Bakı və Yerevana gərginliyin azaldılmasında kömək göstərir. Ölkələrimizin hərbi və sərhəd xidmətləri xətti ilə operativ təmaslar yaradılır".

Bəyanatda qeyd olunur ki, Rusiya atəşkəs rejiminə əməl olunmasının, eləcə də 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatın müddəalarını icra etməyin zərurətini təsdiq edir:

"Hesab edirik ki, bu cür insidentlər danışıqlar yolu ilə həll edilməlidir. Bunun uzunmüddətli həlli kimi Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası prosesinin işə salınmasını görürük". (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm