Bu məsələyə ciddi reaksiya verməliyik - Siyavuş Novruzov
Bizi izləyin

Nida Xəbər

Bu məsələyə ciddi reaksiya verməliyik - Siyavuş Novruzov

Biz Avropa İttifaqının üzvü deyilik. Amma bu ölkələrlə ən çox iqtisadi əməkdaşlıq edən dövlətlərdən biriyik. Hörmətli sədr, sizin də səfər etdiyiniz İtaliya Avropa İttifaqında təmsil olunur. Musa müəllim dedi ki, adi sənəddir. Məncə, sənəd varsa, deməli sənəddir və ona ciddi yanaşmalıyıq. Həm də ciddi reaksiya verməli, alternativ münasibət ortaya qoymalıyıq.

Publika.az xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı deputat Siyavuş Novruzov deyib.

O bildirib ki, dövlət televiziyasında çıxış edib Avropa Parlamentinin məlum qətnaməsini tənqid etmək daxili auditoriya üçündür: “Amma xarici auditoriya üçün də reaksiya olmalıdır. Birincisi, biz bu qurumun üzvü deyilik, bu halda niyə münasibət bildirirsiniz? İkincisi, bəyanatın özü ədalətli deyil. Biz də toplaşıb qərar qəbul edib, onlara göndərə bilərik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm