Nida Xəbər
Respublika Günü Serbiya mediasında
Serbiyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Zərifə Əlizadənin təşəbbüsü ilə https://www.danas.rs xəbər portalında 28 may –Respublika Günündən bəhs edən məqalə yayımlanıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən Publika.az-a verilən xəbərə görə, məqalədə 103 il öncə Azərbaycanın dövlətçilik tarixində əlamətdar hadisənin baş verdiyinə, müsəlman dünyasında ilk dünyəvi, demokratik, çoxpartiyalı sistemə malik Azərbaycan Demokratik Respublikasının (ADR) qurulduğuna diqqət cəlb edilib. ADR-in yaranma tarixi və fəaliyyəti barədə müfəssəl məlumat verilib, dövlət atributlarının, demokraik institutların yaradılması, fundamental azadlıqların təmin olunması istiqamətində əldə edilən nailiyyətlər sadalanıb.
Dahi siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyevin ADR-in siyasi və hüquqi varisi olan müasir Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və dönməzliyinin təmin olunmasında misilsiz xidmətlər göstərdiyi, Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qürur hissi ilə Qarabağa böyük qayıdışa hazırlaşdığı nəzərə çatdırılıb.
Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://www.danas.rs/svet/azerbejdzan-obelezava-dan-republike-28-maja/?fbclid=IwAR0mM_8rqFIOcYpW7JKv3cO3kujchp-D5BCgpRk2XmCzVewClkF2D_wwl
-
Region05:55
Qadın qızardılmış toyuq yedikdən sonra öldü - MÜƏMMA
-
Dünya04:44
Rusiya Yerə düşə biləcək asteroidlə bağlı XƏBƏRDARLIQ ETDİ
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi