Həmin məmurlar ortaya çıxarılmalıdır ki... - Deputat
Bizi izləyin

Nida Xəbər

Həmin məmurlar ortaya çıxarılmalıdır ki... - Deputat

“Bu gün Şuşa ilə bağlı qanun qəbul edirik. Bu, sevindirici haldır. Türkiyənin tanınmış siyasi xadimi, Millətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı tərəfindən təklif verilmişdi. MHP Şuşada məktəb tikməyi təklif etmişdi. Lakin kiçik anlaşılmazlıq ortaya çıxıb. Bəzi qüvvələr dərhal bundan sui-istifadə etməyə çalışırlar”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisdə keçirilən iclasda deputat Fazil Mustafa deyib.

Millət vəkili qeyd edib ki, Azərbaycan-Türkiyə qardaşlığı elə səviyyədədir ki, kiçik inciklik ola belə, bunun müzakirəsinə, sui-istifadə olunmasına yol verilməməlidir: “Dövlət Baxçalı qeyd edib ki, məktəb inşa edilməyəcək və bu məqsədlə toplanan ianələr geri qaytarılacaq. Azərbaycan Prezidentinin köməkçisi hörmətli Hikmət Hacıyev məsələyə aydınlıq gətirərək dedi ki, məktəbin açılışı olacaq və bu, müsbət hadisədir”.

Fazil Mustafaya görə, biz elə etməliyik ki, belə kiçik anlaşılmazlıq zamanı başqa qüvvələr ortaya girərək bundan sui-istifadə etməsin: “Müharibə göstərdi ki, bizim bir nömrəli müttəfiqimiz Türkiyədir. Türk şirkətlərinin bərpa olunma prosesində də iştirakı vacibdir. Onlara öz şirkətlərimiz kimi baxmalıyıq. Buna maneə olan məmurlar və ünsürlər ortaya çıxarılmalıdır ki, kiçik problemlər münasibətlərimizi zədələməsin”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm