Deputatların Şuşaya səfəri təşkil edilsin
Bizi izləyin

Nida Xəbər

Deputatların Şuşaya səfəri təşkil edilsin

Təklif edirəm ki, Milli Məclisin deputatlarının kiçik qruplar halında Şuşa şəhərinə səfərləri təşkil edilsin.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, son günlər ziyalıların, media nümayəndələrinin Şuşa şəhərinə səfərləri olur: “Bununla bağlı reportajlarda verilir. Hesab edirəm ki, deputatların Şuşaya səfərinin təşkil edilməsi orada həyata keçirilən işlərin görülməsi baxımından əhəmiyyətlidir”.

Spiker Sahibə Qafarova isə deyib ki, bir sıra deputatlar Şuşa şəhərinə səfər edib: “Xarici qonaqlarla gediblər, digər tədbirlərdə iştirak ediblər. Hər halda Aydın müəllimin təklifi stenaqrama düşəcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm