"Dövlət qulluğu haqqında" qanuna dəyişikliklər qəbul edildi
Bizi izləyin

Nida Xəbər

"Dövlət qulluğu haqqında" qanuna dəyişikliklər qəbul edildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Dövlət qulluğu haqqında" qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Publika.az xəbər verir ki, sənədə əsasən, dövlət qulluğuna qəbul üçün test imtahanından keçdiyini təsdiq edən sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beş müsahibədə iştirak etmək üçün ödənişsiz müraciət edə bilər.

Beşdən artıq müsahibədə iştirak ödənişlidir və müsahibədə iştirak etmək üçün ödənişin məbləğini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Müsahibədə iştirak etmək istəyən şəxs müsahibənin keçirilməsi elan edildiyi gündən 30 gün müddətində dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanına müraciət edir. Müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Deputat Sabir Rüstəmxanlı bildirib ki, dövlət qulluğunda işə qəbulla bağlı ciddi dəyişikliklər olmalıdır və subyektiv yanaşmalara yer olmamalıdır.

Sonda qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm