UNESCO Ermənistandan minaların xəritəsini tələb etməlidir - Nazir
Bizi izləyin

Nida Xəbər

UNESCO Ermənistandan minaların xəritəsini tələb etməlidir - Nazir

“Jurnalistlər öz peşə fəaliyyətlərinə görə qurbana çevrilməməlidir. Kəlbəcərdə iki Azərbaycan jurnalistinin öldürülməsi Ermənistanın öz öhdəliklərinə hörmət etmədiyinə daha bir dəlildir”.

Publika.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimov tvitter səhifəsində yazıb.

“UNESCO insan həyatlarını xilas etmək üçün minaların xəritəsini tələb etməlidir”, - nazir qeyd edib.

Qeyd edək ki, Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindəki yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi dünən səhər saatlarında tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində çəkiliş qrupunun iki üzvü - Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, habelə rayon icra hakimiyyətinin nümayəndəsi Arif Əliyev həlak olub, daha 4 nəfər isə yaralanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm