Nida Xəbər
Bayramov diplomatlarla görüşdü - FOTO
5 iyun 2021-ci il tarixində Xarici İşlər naziri Ceyhun Bayramovun rotasiya qaydasında xarici ezamiyyətə gedən diplomatlarla görüşüb.
Xarici İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, nazir Ceyhun Bayramov Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlik və konsulluqlarında fəaliyyət göstərəcək diplomatları təyinatları münasibətilə təbrik edib. Nazir, ölkəmiz üçün tarixi bir dönəmdə həyata keçən bu təyinatın, ölkəmizin beynəlxalq müstəvidə layiqli şəkildə təmsilçiliyi baxımından hər bir diplomatın üzərinə böyük məsuliyyət qoyduğunu qeyd edib və bu xüsusda, diplomatlarımızın hərtərəfli hazırlığının vacib olduğunu vurğulayıb.
Nazir Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında, Müzəffər Azərbaycan Ordusunun əldə etdiyi qələbədən sonra bölgədə yaranmış yeni reallıqlar, ölkəmizin xarici siyasətinin bu reallıqlara uyğun olaraq həyata keçirilməsi, Azərbaycanın maraqlarının beynəlxalq müstəvidə təmin olunması, diplomatların təmsilçiliyin vəzifələri və digər mövzular barədə diplomatlara ətraflı məlumat verib.
Diplomatlarla geniş fikir mübadiləsi aparan nazir, onların suallarını cavablandırıb.
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı