Qüdrət Həsənquliyev: “Dövlət cinayətkarların cəzalandırılması üçün mümkün olan hər şeyi edəcək”
Bizi izləyin

Nida Xəbər

Qüdrət Həsənquliyev: “Dövlət cinayətkarların cəzalandırılması üçün mümkün olan hər şeyi edəcək”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Patiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Baymedia-nın Kəlbəcərdə minaya düşmüş jurnalist həmkarlarımız və cəmiyyətdə bu mövzuda aparılan müzakirələrlə bağlı sorğusunu cavablandırıb.

BAXCP sədri deyib: “Allahdan şəhid olan qardaşlarımıza rəhmət, yaxınlarına səbr diləyirəm. Ermənistanda seçkilər yaxınlaşdıqca təxribatların miqyasının artamsı ehtimalı böyükdür. Biz bu barədə əvvəllər də çox danışmışıq. Ümid edirəm, istintaq faciə ilə əlaqədar hərtərəfli araşdırma aparacaq və Azərbaycan dövləti cinayətkarların cəzalandırılması üçün mümkün olan hər şeyi edəcək".

Bu istiqamətdə aparılan müzakirələr barədə danışan partiya sədri qeyd edib ki, Azərbaycanda Qərbdə təhsil almış və zamanında sabiq nazir Fərhad Əliyev tərəfindən irəli çəkilib üzə çıxarılmış yüksək çinli şəxslər, o cümlədən Fərhad Əliyevin himayə etdiyi, onun müdafiə komitəsinin sədri və “Milli Şura”ya rəhbərlik edən Cəmil Həsənli, parlament tribunasından “AXC-nin hakimiyyətə gəlməsini 9 dövlətlə razılaşdırmışıq” bəyənatını verən Arif Hacılı və bu kimi digər şəxslər açıq və gizli formada Rusiya ilə münasibətləri pozmaq istiqamətində ciddi səylər göstərirlər: "Açıq “müxalifətçilik” (casusluq da demək olar) edənlər ölkədə nə baş versə ona görə Prezidenti və Birinci vitse-prezidenti günühlandırır, uğurlarımızı da məğlubiyyət kimi təqdim edirlər. Amma əminliklə deyirəm ki, çox gözəl başa düşürlər ki, məhz sonuncuların Rusiya ilə qurduğu düzgün münasibətlər sayəsində biz torpaqlarımızı işğaldan azad edə bilmişik. Atəşkəs haqqında Birgə Bəyənat imzalanan kimi hər şeyin qaydasına düşəcəyini yalnız diletantlar düşünə bilər. Qərbin bəzi dairələrinə bağlı iqtidarlı-müxalifətli bu adamlar anlayırlar ki, Azərbaycanın xoşbəxt gələcəyi öz qonşuları ilə strateji dostluq və əməkdaşlıqdan keçir. Amma onların fəaliyyəti milli maraqlarla motivasiya olunmur, verilən tapşırıqlardan qaynaqlanır.

Sonda nə demələrindən asılı olmayaraq, vətəndaşlarımıza onu demək istəyirəm ki, müharibə sülh sazişi ilə yekunlaşmayana qədər Prezident Qarabağ məsələsi ilə bağlı hər şeyi xalqla açıq-açığına bölüşə bilməz, ona görə deyir ki, mən nəyi nə vaxt etməyin lazım olduğunu bilirəm, mənə güvənin".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm