BİLGESAM Ermənistanın mina terroru ilə bağlı bəyanat yaydı
Bizi izləyin

Nida Xəbər

BİLGESAM Ermənistanın mina terroru ilə bağlı bəyanat yaydı

Türkiyədə fəaliyyət göstərən Müdrik İnsanlar Strateji Araşdırmalar Mərkəzi - BİLGESAM Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi mina terroru ilə bağlı bəyanat yayıb.

Publika.az xəbər verir ki, bəyanatda AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və Kəlbəcər rayonunun Susuzluq kənd icra nümayəndəsinin müavini Arif Əliyevin iyunun 4-də minaya düşərək həlak olmalarına görə başsağlığı verilir və mülki insanların ölümünə səbəb olan mina terrorunun qarşısının alınması üçün dünya ictimaiyyətinə çağırış edilir.

Təşkilatın rəhbəri Elnur İsmayılın imzası ilə yayılmış bəyanatda təəssüflə bildirilir ki, İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq təslimçilik aktı imzalayan təcavüzkar Ermənistan hələ də bölgənin təhlükəsizliyinə təhdid yaratmaqdadır. “Ermənistan mülki insanların ölümünə səbəb olmaqla beynəlxalq hüquq normalarını pozur”,- ifadəsi ilə davam edən bəyanatla Müdrik İnsanlar Strateji Araşdırmalar Mərkəzi çağırış edir ki, beynəlxalq ictimaiyyət minalanmış ərazilərin xəritələrinin verilməsi məsələsində Ermənistana əməli təsir göstərməlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm