• USD 1,7000 0,00% EUR 2,0179 -0,08%
    • GBP 2,3668 +0,16% RUB 0,0233 0,00%

Türkiyə Prezidentinin Azərbaycana səfəri başladı - FOTO/VİDEO

Türkiyə Prezidentinin Azərbaycana səfəri başladı - FOTO/VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "TC-TUR" təyyarəsi ilə Azərbaycana rəsmi səfərə gəlib.

Publika.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilir ki, ölkə başçısını Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Baş nazirin müavini Yaqub Eyyubov, Xarici işlər nazirinin müavini Xələf Xələfov, Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim və Türkiyənin Bakıdakı səfiri Cahit Bağçı qarşılayıblar.

Qeyd edək ki, səfər çərçivəsində Şuşada Azərbaycan və Türkiyə rəsmilərinin ikitərəfli görüşləri keçiriləcək. Görüşlərdə Türkiyə-Azərbaycan münasibətləri bütün aspektləri ilə nəzərdən keçiriləcək və iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları müzakirə ediləcək.

Türkiyə Prezidenti Azərbaycan Milli Məclisində çıxış edəcək. İki ölkənin dövlət başçıları Türkiyənin futbol üzrə millisinin iyunun 16-da futbol üzrə Avropa çempionatında Bakıda Uelslə seçmə qrup oyununu birlikdə izləyəcəklər.

Hüseyn

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR