Nida Xəbər
Azərbaycan və Türkiyə arasında hərbi-siyasi əməkdaşlıq üçüncü dövlətlərə qarşı yönəlməyib - Bəyannamə
Şuşa Bəyannaməsinə əsasən, Azərbaycan və Türkiyə müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn şəxsi heyət mübadiləsini, birgə təhsil və təlimlərin keçirilməsini, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılmasını, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsini təşviq edəcəklər. Digər dost dövlətlərin orduları ilə birlikdə hərbi təlimlərin keçirilməsini dəstəkləyəcəklər.
Sənəddə iki qardaş ölkənin müxtəlif sahələrdə, o cümlədən müdafiə sahəsində qarşılıqlı texnologiya mübadiləsi, həmçinin birgə layihələr həyata keçirmək niyyətləri bəyan olunur.
“Tərəflər milli və beynəlxalq öhdəliklərini nəzərə alınmaqla nəzərə almaqla dəniz, hava və kosmos sahələrində qarşılıqlı texnologiya mübadiləsini həyata keçirərək müştərək qabiliyyətlərin inkişaf etdirilməsi məqsədilə birgə layihələrin yerinə yetirilməsini təşviq edəcək və qarşılıqlı müdafiə sənayesi texnologiyalarının inkişaf etdirilməsinə müsbət töhfə verəcəklər, sahib olduqları silah və sursatla təchiz edəcək, onların istehsal texnologiyalarını qarşılıqlı şəkildə təşviq edəcək və hazırda onların ölkələrində mövcud olmayan istehsal sahələrinin yaradılmasını, birgə tədqiqat və istehsalat işlərinin həyata keçirilməsini, iki ölkənin müdafiə sənayesi qurumlarının texnologiyalar, hərbi təyinatlı məhsullar və xidmətlər sahəsində daxili və beynəlxalq bazarlarda əməkdaşlıq etməsini dəstəkləyəcəklər”, - deyə bəyannamədə qeyd olunur.
Sənəddə vurğulanır ki, Azərbaycan ilə Türkiyə arasında inkişaf etdirilən və onların milli maraqlarına cavab verən hərbi-siyasi əməkdaşlıq üçüncü dövlətlərə qarşı yönəlməyib.
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO
-
Səhiyyə18 Aprel 22:36
Ürək ritminin pozulmasının YENİ TƏHLÜKƏSİ: Hər beşinci insan...
-
Region18 Aprel 21:48
Türkiyədəki dağıdıcı zəlzələnin görüntüsü yayıldı: yaralılar var - VİDEO