Ərdoğan Milli Məclisin iclasında çıxış etdi - VİDEO - (YENİLƏNİR)
Bizi izləyin

Nida Xəbər

Ərdoğan Milli Məclisin iclasında çıxış etdi - VİDEO - (YENİLƏNİR)

Azərbaycan Milli Məclisinin sədri, hörmətli xanımlar və cənabları sizləri Türkiyədə 84 milyonun adına Bir millət, iki dövlət anlayışı ilə səmimi qəlbdən salamlayıram.

Bunu Prezident Ərdoğan Milli Məclisdə çıxışı zamanı deyib.

"Geridə qoyduğumuz otuz ildə Qarabağda yaşanan çətin dövrdə kimlərin əlinə nə keçdiyi, kimlərin qazanclı çıxdığı, kimlərin də itirdiyi çox yaxşı bilinir. Canı yananlar, qanı tökülənlər, acı çəkənlər, maddi və mənəvi olaraq itirənlər ancaq Qarabağda yaşayan insanlardır.

Otuz ilin kifayət qədər uzun müddət olduğunu vurğulayan qardaş ölkənin dövlət başçısı deyib: “Otuz il asan deyil. Mənim azərbaycanlı qardaşlarım öz məskənlərindən təəssüf ki, otuz il ərzində qaçqın düşüblər. O torpaqlar işğal altında idi. İşğal altındakı həmin torpaqlar otuz il sonra çox şükür ki, əsl sahiblərinə qovuşdu. Qarabağda otuz ildir davam edən münaqişənin həll olunmamasını seyr edənlər, daha doğrusu, işğalın davam etməsi üçün səy göstərənlər isə daim qazananın tərəfində olublar”.

xxx

Toplantıda Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

xxx

Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının xüsusi iclası başlayıb.

Xüsusi iclasda Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edir.

xxx

Bu gün Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının xüsusi iclası keçiriləcək.

Report-un iclasda iştirak edən əməkdaşının verdiyi xəbərə görə, toplantıda iştirak etmək üçün Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisə gəlib.

Türkiyə Prezidenti iclasda deputatların önündə çıxış edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm