Şuşanın gələcəkdə türk dünyasının mədəniyyət paytaxtı olmasından məmnun olarıq - Ərdoğan
Bizi izləyin

Nida Xəbər

Şuşanın gələcəkdə türk dünyasının mədəniyyət paytaxtı olmasından məmnun olarıq - Ərdoğan

Şuşanın gələcəkdə türk dünyasının mədəniyyət paytaxtı olacağını görməkdən məmnun olarıq.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisin xüsusi iclasında çıxışı zamanı deyib.

Ərdoğan bildirib ki, Şuşa ədəbiyyatın mərkəzi vəzifəsini qoruyub: Bu şəhər dahi bəstəkar Üzeyir Hacıbəylinin, Bülbülün, Nətəvanın və digər şairlərin yurdudur. Bu gün Şuşa ayağa qalxır. Şuşanın mədəniyyət paytaxtı elan edilməsi bu mənada dünyaya verilən açıq mesajdır.

Gələn il Şuşanın türk dünyasının mədəniyyət paytaxtı olmasından şərəf duyarıq. Əlbəttə, Şuşa, Qarabağ deyil, türk dünyasının bütün yerləri böyük şəxsiyyətlər yetişdirib”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm