Qarabağ münaqişəsi bitib, diqqətimizi gələcəyə yönəltməliyik - Ceyhun Bayramov
Bizi izləyin

Nida Xəbər

Qarabağ münaqişəsi bitib, diqqətimizi gələcəyə yönəltməliyik - Ceyhun Bayramov

Qarabağ münaqişəsi başa çatıb və region ölkələri diqqətini gələcəyə yönəltməlidir.

Bunu Xarici İşlər naziri Ceyhun Bayramov Antalyada Diplomatiya Forumu çərçivəsində "Cənubi Qafqaz: regional sülh və əməkdaşlıq üçün yeni imkanlar" adlı panel müzakirələr zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan ərazilərinin işğalına çoxdan son qoyulsa da, bəziləri hələ də "münaqişə" terminini istifadə edir:

"Münaqişə tənzimlənib. Bu o demək deyil ki, bütün məsələlər həll olunub, amma Azərbaycan dəfələrlə Ermənistanı sülh sazişini imzalamağa çağırıb. Biz Ermənistanı sülhə çağırmışıq və çağırırıq".

Nazir bildirib ki, tarixdə münaqişə tərəflərindən birinin digər tərəfə hazır sülh sazişi təklif etməsi və onu imzalamağa xahiş etməsi kimi bir hal olmayıb:

"Bu, siyasi ikitərəfli prosesdir. Bunun əldə olunması üçün ikitərəfli addımlar lazımdır".

O vurğulayıb ki, bunun üçün Ermənistan hakimiyyəti siyasi iradə nümayiş etdirməlidir:

"Ermənistanın siyasi hakimiyyəti başa düşməlidir ki, yaxşı, mehriban qonşuluq münasibətlərinin alternativi yoxdur. Bu gün üçün bu, ən yaxşı variantdır".

Nazir əlavə edib ki, Azərbaycanın münasibətlərin qurulması üzrə təklifi aktualdır, amma erməni tərəfi bunu qəbul etmir. (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm