Bayramovdan sərhədlərin müəyyənləşməsi üçün YENİ TƏKLİF
Bizi izləyin

Nida Xəbər

Bayramovdan sərhədlərin müəyyənləşməsi üçün YENİ TƏKLİF

"İki ölkə arasında bu günə qədər sərhəd xətti mövcud olmayıb. Bunun səbəbi işğaldır".

Publika.az xəbər verir ki, bu sözləri "Antalya Diplomatiya Forumu" çərçivəsində "Anadolu" Agentliyinə müsahibə verən Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir Azərbaycanla Ermənistan arasındakı sərhəd xəttində zaman-zaman yaşanan gərginliyi qiymətləndirib:

"Torpaqlarımız 30 ildir işğal alında olduğu üçün Azərbaycan sərhədlərinə nəzarət edə bilmirdi. Ötən 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüzü təmin etdik və Ermənistanla aramızda 398.7 kilometrlik sərhddə nəzarəti ələ aldıq. Tərəflər arasında sərhəd xətti məsələsində fikir ayrılığı və fərqli yanaşmalar var. Çünki, Sovetlər dövründə sadəcə inzibati sərhədlər var idi. Tərəflərdə xəritələr var və bu xəritələr bəzi yerlərdə fərqlilik göstərir. Bizim mövqeyimiz belədir - Tərəflər arasında işçi qruplar yaradılmalı, mütəxəssislər xəritələri incələyərək sərhəd xəttini müəyyən etməlidi. Azərbaycan məsuliyyətlə davranır və sərhəddə daha böyük gərginliyin yaranmaması üçün əlindən gələni edir ".

Bayramov, Qarabağdakı atəşkəsin monitorinqi çərçivəsində yaradılan Türkiyə-Rusiya Birgə Müşahidə Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirdiklərini də qeyd etdi.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm