Onun Azərbaycanın istəklərinə yox deməyə cəsarəti çatmayacaq - Tofiq Abbasov
Bizi izləyin

Nida Xəbər

Onun Azərbaycanın istəklərinə yox deməyə cəsarəti çatmayacaq - Tofiq Abbasov

İndiyə qədər Ermənistanda başıpozuqluq siyasəti hökm sürürdü. Çünki Paşinyan hakimiyyətə nəzarəti əlində saxlaya bilmirdi. Bundan sonra səs çoxluğunu əldə edən Paşinyanın öz komandasını formalaşdırmaq imkanı olacaq.

Bunu Publika.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Politoloq qeyd edib ki, Paşinyan ilk növbədə Qarabağla bağlı həllini gözləyən məsələlərə qayıtmalı və sözünün ağası olmalıdır: “Əvvəl bir sözü deyirdi, müxalif qüvvələr ona qarşı çıxıb, ölkə daxilində vəziyyəti gərginləşdirirdi. Artıq Paşinyan elə bir imkan əldə edib ki, hakimiyyətini formalaşdırsın və daxildə olan prosseslərdə nəzarəti gücləndirsin. Təbii ki, burada Azərbaycanla bağlı böyük gözləntilər var. Ermənistan xalqı anlayıb ki, onlar məğlub olub. Hökumət xalqın etimadını qazandırdıqdan sonra tam hüquqa malik olur ki, istənilən variantı seçsin. Variantlar ondan ibarətdir ki, Azərbaycan onlara qarşı heç bir güzəştə getməyəcək. Azərbaycan Paşinyan və onun qüvvəsinə güzəşt etdi. İndi isə Paşinyan hakimiyyətini yenidən qurduqdan sonra ona qarşı heç bir güzəşt olmayacaq. Azərbaycanın istəklərinə onun yox deməyə cəsarəti çatmayacaq. Çünki faktiki olaraq onlar müharibədə məğlub olublar və Azərbaycanın diktəsi Paşinyan hakimiyyəti üçün normaya çevrilməlidir”.

Tofiq Abbasov deyib ki, seçkilərdən sonra əsas məsələlərdən biridə demarkasiya və delimitasiya işlərinin davam etməsi olacaq: “Hər zaman ölkələr arasında demarkasiya və delimitasiya məsələlərində gərginlik yaranıb. Rusiya ilə Qazaxıstan hələ də öz sərhədlərini demarkasiya edə bilməyib. Bu cür işlər vaxt aparan məsələlərdir. Ola bilsin ki, orada ağır məsələlər olacaq, ancaq bu, o demək deyil ki, biz onlara güzəştə gedəcəyik. Biz bilirik ki, Ermənistan ən böyük xəstəliyi ərazi iddiaları olub. Bundan sonra Ermənistan köhnə siyasətə qayıdışa birmənalı olaraq yox deyirsə, deməli, orada Qarabağ klanı təbəqəsinin oyunbazlığına son qoyulacaq. Burada bir məsələ var ki, onlar Paşinyan və dəstəsinə qarşı terror aktı keçirə bilərlər. Amma düşünürəm ki, təhlükəsizlik orqanları hakimiyyəti kənar qüvvəllərdən qoruya biləcəklər. Bundan sonra bir daha görəcəyik ki, Ermənistan hakimiyyəti qarşısında olan məsələləri nə dərəcədə adekvat həll edəcək”.

Politoloq vurğulayıb ki, sülh müqaviləsinin bağlanması Paşinyan hakimiyyətinin fəaliyyətinə bağlıdır: “Bu məsələylə bağlı müxtəlif yanaşmalar var. Ötən ilin noyabrın 10-u və bu ilin yanvarın 11-də qəbul olunmuş üçtərəfli bəyanamələrdən əmələ gələn müddəalar faktiki olaraq sülh müqaviləsinə bərabərdir. Müharibədən sonra hər zaman sülh müqaviləsi gündəmə gəlir. Sülq müqaviləsinin bağlanması Paşinyan hakimiyyətinin fəaliyyətinə bağlı olacaq. Ermənistanın məğlubiyyəti təkcə Paşinyanın deyil, ona qarşı olan bütün hökumət rəhbərlərinin birlikdə məğlubiyyəti sayılır. Əvvəldən Ermənistanın yürütdüyü siyasət yanlış olub. Ermənistan Azərbaycana qarşı müxtəlif təxribatlar törətsə də sonda üstün tərəf Azərbaycan oldu. Artıq kimin güc sahibi olması bəlli olub. Faktiki olaraq Ermənistan tərəfi məğlub olub. Ermənistan tərəfindən sülh müqaviləsinə qədəm qoyularsa, bu məsələ yenidən gündəmə gələ bilər”.

Rahib Ələsgərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm