Ərdoğandan DÜNYAYA ÇAĞIRIŞ: "Gəlin, Qarabağı görün"
Bizi izləyin

Nida Xəbər

Ərdoğandan DÜNYAYA ÇAĞIRIŞ: "Gəlin, Qarabağı görün"

"Azərbaycandakı proqramlarımız üçün çərşənbə axşamı gec də olsa Bakıya çatdıq. Əliyevlə birlikdə Şuşa şəhərinə hərəkət etdik".

Publika.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beştəpədə baş tutan Nazirlər Kabinetinin toplantısından sonra xalqa müraciəti zamanı deyib.

"Heyət üzvlərimizlə birlikdə Şuşaya gedərkən müharibənin acılarını görmək imkanımız oldu. Hər tərəfin necə məhv edildiyini, necə yandırıldığını gördük. Bütün bunlarla bərabər dünyaya, xüsusilə qərbə deyirəm: "Gəlin Qarabağı görün". Minsk Qrupunun buraları təkrar-təkrar görməsi lazımdır. Kim haraları 30 ildə nə hala salıb, bunu görün. İnfrastrukturun heç olmadığı, ya da tamamilə məhv edildiyi, tarixi və mədəni mirasların, ağacların məhv edildiyi bu gözəl coğrafiyanın yenidən ayağa qaldırılmasının şahidi olduq". - Ərdoğan bəyan edib.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm