Yük vətəndaşların üzərinə qoyulur - Həsənquliyev
Bizi izləyin

Nida Xəbər

Yük vətəndaşların üzərinə qoyulur - Həsənquliyev

“Normativ hüququ aktlar” haqqında Konstitusiya Qanununun 48-ci maddəsində qanunvericilik təşəbbüsü ilə çıxış edən subyekt təklif etdiyi qanun layihəsinin əsaslandırmasını təmin etməlidir”.

Publika.az xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisdə ikinci oxunuşda müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” qanun layihəsi barədə çıxış edərkən deyib.

Deputat əlavə edib ki, qanun layihəsini təqdim edən subyekt onun əsaslandırmasını qeyd formasında təqdim edib: “Ancaq əsaslandırma ilə təqdim edilən qeyd arasında fərq var. Söhbət 6 aylıq müddətdən gedir. Mən təklif edirəm ki, qanun layihəsində açıq yazılsın ki, aylıq müddət nəzərə alınır”.

Q.Həsənquliyev daha sonra deyib ki, son zamanlar daxil olan qanunlarda cərimə və rüsumların artırılması müşahidə olunur: “Sanki yük vətəndaşların üzərinə qoyulur. Əslində, mən əvvəllərdə qeyd etmişəm ki, vətəndaşlar vergi ödəyirlər”.

Komitə sədri Musa Quliyev isə bildirib ki, Qüdrət Həsənquliyev qanunun arayışı ilə qanun layihəsini müqayisə edib: “Nəzərə çatdırım ki, bu qanun dəyişdikdən sonra pensiya haqqında qanun layihəsi dəyişəcək”.

M.Quliyev eyni zamanda Q.Həsənquliyevin sonuncu fikri ilə razılaşaraq deyib ki, onun özü də qanun layihələrində vətəndaş üçün aydın olan ifadələrin seçilməsinin tərəfdarıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm