• USD 1,7000 0,00% EUR 2,0009 0,00%
    • GBP 2,3392 0,00% RUB 0,0231 0,00%

Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdi

Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdi

Silahlı Qüvvələr Günü münasibəti ilə iyunun 25-də Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Fəxri Xiyabanı ziyarət edib.

Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, Azərbaycanın suverenliyinin, müstəqilliyinin qorunması və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.

xxx

Silahlı Qüvvələr Günü münasibətilə iyunun 25-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.

Müdafiə Nazirliyindən Publika.az-a bildirilib ki, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə əklil qoyulub, Ulu Öndərin xatirəsi hörmət və ehtiramla yad edilib.

Sonra Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanına gələrək ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərimizin məzarlarını ziyarət edib, Əbədi məşəl kompleksinin önünə əklil qoyub.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR