Ərəb KİV-ləri ordumuzun qələbəsindən yazdı
Bizi izləyin

Nida Xəbər

Ərəb KİV-ləri ordumuzun qələbəsindən yazdı

Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə ərəb ölkələrinin mətbuatında silsilə məqalələr dərc olunub. Yazılarda əsas diqqət Müzəffər Azərbaycan Ordusunun şanlı Qələbəsinə yönəldilib.

Publika.az xəbər verir ki, Küveytin “Dəsman” nəşrində əlamətdar gün münasibətilə ölkəmizin Küveytdəki səfirliyinin bəyanatı yayılıb. Misirin “Dostor”, “Dünya xəbərləri”, “Əl Xəbər Əl hədəf”, “Əl Xəbər Əl Masr” informasiya portallarında, habelə İordaniyanın “Nayrouz” xəbər agentliyinin saytında da geniş materiallar dərc edilib.

Ərəb KİV-lərinin məqalələrində Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli ordunun yaranması, hələ çar Rusiyası zamanı Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Hüseynxan Naxçıvanski və digər məşhur azərbaycanlı generalların yetişməsindən bəhs olunur.

Məqalələrdə vurğulanıb ki, Sovet İttifaqının süqutundan sonra yenidən müstəqillik əldə edən Azərbaycanda ordu quruculuğu dahi siyasətçi Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün qüdrətli Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasında yer alır. Prezident İlham Əliyevin Ali Baş Komandanı olduğu Silahlı Qüvvələr cəmi 44 gün ərzində torpaqları Ermənistanın işğalından azad edə bildi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi.

Tanınmış iordaniyalı jurnalist Mərvan Musa Sudah da açıqlamasında Müzəffər Azərbaycan Ordusunun müsəlman dünyasının qürur mənbəyi olduğunu qeyd edib, xalqımızın ümummilli lideri Heydər Əliyev və Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin səyləri ilə ərsəyə gəlmiş və qüdrətli Orduya çevrilmiş Silahlı Qüvvələrimizin Azərbaycan xalqının Vətən müharibəsində Qələbəsinin ölkəmizin bütün dostları üçün əhəmiyyətini vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm