Sahibə Qafarovanın Macarıstana rəsmi səfəri başladı
Bizi izləyin

Nida Xəbər

Sahibə Qafarovanın Macarıstana rəsmi səfəri başladı

İyunun 28-də Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Macarıstanın paytaxtı Budapeşt şəhərinə gəlib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a bildirilib ki, “Budapeşt Liszt Ferenc” hava limanında nümayəndə heyətimizi Macarıstan parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri Attila Tilki, Macarıstan parlamentinin Parlamentlərarası əlaqələr üzrə departamentinin rəhbəri Layoş Kohari, ölkəmizin Macarıstandakı səfiri Vilayət Quliyev və digər rəsmi şəxslər qarşılayıblar.

Sabah Milli Məclisin nümayəndə heyətinin Budapeştdə rəsmi görüşləri başlayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm