Medallara görə narazılıq edənlərlə bağlı tapşırıqlar verildi - Müdafiə Nazirliyi
Bizi izləyin

Nida Xəbər

Medallara görə narazılıq edənlərlə bağlı tapşırıqlar verildi - Müdafiə Nazirliyi

Müharibədə iştirak edib ancaq medalla təltif olunmadıqları iddiası ilə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi qarşısında toplaşan bir qrup vətəndaş tərəfimizdən qəbul edilib.

Müdafiə Nazirliyindən bildirib Publika.az-a verilən məlumata görə, görüş zamanı bildirilib ki, hərbi qulluqçuların müvafiq medallarla təltif olunmaları onların keçdikləri döyüş yolu və müharibədə bilavasitə iştirakı amilinin araşdırılması yolu ilə həyata keçirilib.

Görüşdə vətəndaşlar dinlənilib və müraciətləri ilə bağlı ərizələr alınaraq məsələnin araşdırılması məqsədilə hərbi hissələrə müvafiq tapşırıqlar verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm