Nida Xəbər
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi iclas keçirdi
İyunun 29-u Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.
Agentlikdən Publika.az-a verilən məlumata görə, müşahidə Şurasının iclasında Agentliyin kiçik, orta və böyük məbləğli qrant müsabiqələri üzrə siyasətinin (müsabiqənin şərtləri, meyarları və s.) müəyyənləşdirilməsi haqqında müzakirələr aparıldı, bununla bağlı müvafiq sənədin hazırlanması üçün MŞ üzvlərindən ibarət işçi qrup təşkil olundu. Qısa müddət ərzində sözügedən meyarların müəyyən olunması ilə bağlı sənədin hazırlanması tapşırılıb.
Daha sonra Müşahidə Şurası üzvlərinin əlaqələndirdiyi istiqamətlər üzrə fəaliyyət göstərən QHT-lərlə görüşlərin qrafiki təsdiq olunub. Qərara alınıb ki, sahəvi QHT-lərlə onlayn görüşlərin intensivliyi artırılsın və daha çox təşkilatların belə görüşlərə dəvət olunması təmin edilsin.
İclasda Müşahidə Şurası üzvlərinin əlaqələndirdiyi fəaliyyət istiqamətləri və bu istiqamətlər üzrə görüləcək işlər sənədinə yenidən baxıldı və müzakirələr əsasında əlaqələndirilən fəaliyyət istiqamətləri sırasına QHT koalisiyaları, resurs mərkəzləri və platformalarla işin də əlavə edilməsi qərara alınıb.
Sonda Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2021-ci il 1317 nömrəli Fərmanından irəli gələn məsələlərə bir sıra məsələlərə baxılıb. Müzakirələr əsasında Agentliyin maliyyələşdirdiyi layihələrin əlaqələndirilməsi və icrasına nəzarətin həyata keçirilməsi, icra olunan layihələrin monitorinqinin və qiymətləndirilməsinin aparılması qaydası, habelə qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsi qaydası, qrant məbləğinin müəyyən edilməsi meyarları və hər bir mövzu üzrə qrant məbləğinin yuxarı həddi ilə bağlı nəzərdə tutulan sənədlər üzrə Müşahidə Şurasının müvafiq işçi qrupu tərəfindən hazırlanan təkliflərin Nazirlər Kabinetinə təqdim edilməsi qərara alınıb.
-
Nida Xəbər 16:16Azərbaycan vasitəsilə benzin idxalı qiymətlərə təsir edəcək - Ermənistan ümidlidir
-
Dünya14:52Epşteyn Putinlə də görüşmək istəyib? - Kremldən rəsmi açıqlama
-
Sosial13:50Azərbaycanda məşhur şirkət işçisinə pul ödəmədi - 1,8 milyonluq kapitala həbs qoyuldu
-
Region12:48Pezeşkian ABŞ-la danışıqların şərtlərini açıqladı: Əraqçiyə tapşırdım ki...
-
ABŞ12:361983-cü ildən bəri ABŞ-da belə şey olmayıb: Klintonlar razılaşdılar
-
Nida Xəbər 12:24Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 11:48Sabiq icra başçısının oğlu Rumıniyada 40 villa aldı - FOTO
-
İdman11:12AFFA-nın yeni qərarı faydalı olacaq? - Komandalar arasında böyük uçurum var








.jpg)
.jpg)














.jpg)












