Bakıda 13 erməni terrorçusunun məhkəməsi keçirildi - YENİLƏNDİ
Bizi izləyin

Nida Xəbər

Bakıda 13 erməni terrorçusunun məhkəməsi keçirildi - YENİLƏNDİ

Azərbaycanda terror-təxribat törətməkdə ittiham olunan Ermənistan vətəndaşları – Karapetyan Rafik Robertoviç, Qoloyan Qurgen Hovannesoviç, Tadevosyan Hrayr Seryojeviç, Maloyan Vaqarşik Merojanoviç, Yeğiazaryan Sasun Seyranoviç, Vardanyan Arsen Araikoviç, Bahrikyan Vahagen Edikoviç, Soğomonyan Setrak Samveloviç, Dilanyan Armen Vazgenoviç, Martonyan Manuk Hovanesoviç, Ambardanyan Mels Karapetoviç, Mikaelyan Andranik Vazgenoviç və Qriqoryan Feliks Arşakoviçin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, günün ikinci yarısında Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə ifadə verən təqsirləndirilən Dilanyan Arman Vazgenoviç deyib ki, ötən il noyabrın 27-də Ermənistan sərhədlərini qorumaq üçün hərbi komissarlığa cəlb edilib: "Bizi gecə Laçına gətirdilər, daha sonra səhəri gün rus sülhməramlıların durduqları yerdən keçərək bir az dağlıq əraziyə gətirdilər. Piyada dağa qalxdıq. Orada digər erməni hərbçilərin növbəsini dəyişməli idik. Bizə oranın Ermənistan ərazisi olduğu və sərhədlərimizi qoruduğumuzu demişdilər. Bir müddət qalandan sonra komandirimiz Arsen Kazaryanın əmri ilə dağdan endik. Həmin vaxt Azərbaycan hərbçiləri tərəfindən saxlanıldıq və silahlarımızı onlara təqdim edərək təslim olduq".

Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində qeyd edib ki, məqsədləri orada mövqelərini qorumaq, onlara yaxınlaşan azərbaycanlılara silahlı müqavimət göstərmək idi.

Prokurorun suallarını cavablandıran Arman Dilanyan bildirib ki, müharibə zamanı Cəbrayıl istiqamətinə cəlb olunub: "Oktyabrın 3-dən 15-nə qədər Cəbrayıl ərazisində döyüşlərə cəlb olundum. Lakin mən orada olduğum müddətdə döyüşlərdə iştirak etməmişəm. Mən ayın 15-i oradan qaçdım. Müharibə bitəndən sonra hərbi polis gəldi ki, əgər indi getməsən, hərbi xidmətdən yanındığın üçün səni həbs edəcəyik. Bu səbəbdən mən də hərbi komissarlığa getdim. Yenə müharibə olsaydı, qanuni olaraq orada iştirak etməli idim, amma vicdanım orada döyüşmək istəmirdi".

Təqsirləndirilən şəxs istintaqdakı ifadəsində qeyd edib ki, Cəbrayılda 200-ə yaxın erməni ilə birlikdə Azərbaycan Ordusuna qarşı döyüş əməliyyatlarında iştirak edib.

Daha sonra prosesdə Soğomanyan Setrak Samveloviç ifadə verib. O da digəri kimi analoji ifadə verib. Bildirib ki, hərbi komissarlıqdan avtobusla Laçına, oradan Xocavəndə aparıblar: "Bizə dedilər ki, Ermənistan sərhədlərini qoruyacağıq. Lakin bizə Qarabağa gedəcəyimizi demədilər. Bizi aldatdılar".

Suallara cavab verən təqsirləndirilən şəxs digəri kimi müharibə vaxtı Cəbrayıl istiqamətində hərbi birləşmədə iştirak edib: "Döyüşlər zamanı silahdan istifadə etməmişəm. Biz geri çəkilmişik, daha sonra mən evə qaçdım. Hərbi polis məni axtarırdı. Bildirmişdilər ki, hərbi komissarlığa getməsəm, cinayət işi başlayacaqlar. Ona görə noyabrın 27-də hərbi komissarlığa yollandım. Noyabrın 10-da olan üçtərəfli bəyanatdan məlumatım olub. Bilirdim ki, müharibə başa çatıb".

Prosesdə Karapetyan Rafik Robertoviçə ifadə vermək təklif edilib. O da sərbəst ifadəsində noyabrda hərbi komissarlığa çağırıldığını, oradan Laçına və daha sonra Xocavənd istiqamətə gətirildiyini deyib: "13-14 gün orada qaldıqdan sonra evə qayıdacağımızı dedilər. Biz aşağı enəndə Azərbaycan Ordusu tərəfindən saxlandıq".

Rafik Karapatyan da müharibədə Cəbrayıl istiqamətində iştirak etdiyini bildirib: "Ötən il oktyabrın 4-də artıq mən Cəbrayıldan qaçaraq Qubadlı ərazisinə keçdim. Oradan da Gorusa gəldim, silahımı polisə təhvil verdim. Daha sonra rayonumuza qayıtdım. Lakin müharibədən qaçdığım üçün axtarışa vermişdilər. Müharibə bitəndən sonra dedilər ki, hərbi komissarlığa gəlməsən səni 12 ilə qədər həbs edəcəyik".

Növbəti proses iyulun 5-nə təyin olunub.

xxx

Azərbaycanda terror-təxribat törətməkdə ittiham olunan Ermənistan vətəndaşları – Karapetyan Rafik Robertoviç, Qoloyan Qurgen Hovannesoviç, Tadevosyan Hrayr Seryojeviç, Maloyan Vaqarşik Merojanoviç, Yeğiazaryan Sasun Seyranoviç, Vardanyan Arsen Araikoviç, Bahrikyan Vahagen Edikoviç, Soğomonyan Setrak Samveloviç, Dilanyan Armen Vazgenoviç, Martonyan Manuk Hovanesoviç, Ambardanyan Mels Karapetoviç, Mikaelyan Andranik Vazgenoviç və Qriqoryan Feliks Arşakoviçin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, təqsirləndirilən şəxslər qanunsuz şəkildə odlu silah, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr yaradıblar. Ötən il noyabrın 17-də dövlət sərhədini qanunsuz keçərək Xocavənd rayonunun Hadrut qəsəbəsindəki meşəlik ərazilərdə yerləşiblər. Onlar ötən il dekabrın 13-nə qədər həmin ərazilərdə terror-təxribat törədiblər. Belə ki, ittiham olunan şəxslər habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar edib, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.

Hakim bildirib ki, təqsirləndirilən şəxslərin törətdikləri əməl məhkəmə istintaqında təsdiqini taparsa, onlar 14 ildən 20 ilə qədər və yaxud ömürlük azadlıqdan məhrum edilə bilərlər.

Prosesdə fasilə elan olunub. Fasilədən sonra təqsirləndirilən şəxslər ifadə verəcək.

xxx

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin tərkibində döyüşən - Karapetyan Rafik Robertoviç, Qoloyan Qurgen Hovannesoviç, Tadevosyan Hrayr Seryojeviç, Maloyan Vaqarşak Merojanoviç, Yeğiazaryan Sasun Seyranoviç, Vardanyan Arsen Araikoviç, Bahrikyan Vahagen Edikoviç, Soğomonyan Setrak Samveloviç, Dilanyan Arman Vazgenoviç, Martoyan Manuk Hovanesoviç, Ambardanyan Mels Karapetoviç, Mikaelyan Andranik Vazgenoviç və Qriqoryan Feliks Arşakoviçin cinayət işi üzrə məhkəmə iclası davam etdirilir.

Publika.az xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçiriləcək prosesdə ittiham aktı elan olunur.

xxx

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin tərkibində döyüşən - Karapetyan Rafik Robertoviç, Qoloyan Qurgen Hovannesoviç, Tadevosyan Hrayr Seryojeviç, Maloyan Vaqarşak Merojanoviç, Yeğiazaryan Sasun Seyranoviç, Vardanyan Arsen Araikoviç, Bahrikyan Vahagen Edikoviç, Soğomonyan Setrak Samveloviç, Dilanyan Arman Vazgenoviç, Martoyan Manuk Hovanesoviç, Ambardanyan Mels Karapetoviç, Mikaelyan Andranik Vazgenoviç və Qriqoryan Feliks Arşakoviçin cinayət işi üzrə məhkəmə iclası davam etdiriləcək.

Publika.az xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçiriləcək prosesdə ittiham aktının elan olunması, təqsirləndirilən şəxslərin ifadə verməsi gözlənilir.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 13 dekabr 2020-ci il tarixdə keçirilmiş antiterror əməliyyatı nəticəsində tərksilah edilmiş Ermənistan Respublikasının vətəndaşları olan silahlı dəstələrin üzvləri barəsində DTX-nin İstintaq Baş idarəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

İstintaq nəticəsində müəyyən edilib ki, cinayətkar silahlı birləşmələrin üzvləri 2020-ci ilin 26-27 noyabr tarixlərində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq, 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar edib, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.

Silahlı dəstənin əvvəlcə 14, sonra isə daha 13 nəfər üzvü barəsində cinayət işinin istintaqı yekunlaşdırılaraq təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.

Sadalanan faktlarla bağlı qanunsuz silahlı birləşmənin digər üzvlərinin – Mikaelyan Andranik Vazgenoviç, Soğomonyan Setrak Samveloviç, Karapetyan Rafik Robertoviç və digərləri də daxil olmaqla, ümumilikdə daha 26 təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunmalarına dair cinayət işinin istintaqı yekunlaşdırılaraq Azərbaycan Respublikasının Baş prokurorunun müavini tərəfindən təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.

Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin tərkibində döyüşən digər şəxslərin cinayət işi ayrıca icraata ayrılıb və hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm