Media subyektlərinə maliyyə yardımları növbəti 6 ay üçün nəzərdə tutulub
Bizi izləyin

Nida Xəbər

Media subyektlərinə maliyyə yardımları növbəti 6 ay üçün nəzərdə tutulub

Media subyektlərinə maliyyə yardımlarının ayrılması növbəti 6 ay üçün nəzərdə tutulub. Qaydalara əsasən 6 ay ərzində müəyyən olunmuş media subyektlərinin bizim tərəfimizdən maliyyələşməsi həyata keçiriləcək.

Bunu jurnalistlərə açıqlamasında Medianın İnkişaf Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov deyib.

Onun sözlərinə görə, bu maliyyə dəstəyi məqsədyönlüdür: "Əsas məqsəd həmin media subyektlərinin iqtisadi müstəqilliyidir. Müsabiqənin qalibləri ilə görüşlər keçiriləcək və onlarla müqavilə imzalandıqdan sonra maliyyələşmə həyata keçiriləcək".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm